Logo

Bakıda 310 məktəbin hamısında əyani tədris bərpa olunub

22.09.2021 09:20 1414 baxış
IMG

"Müəllimlərin tədrisə cəlb olunması üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya immunitet, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır".

Tehsil.biz xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

BŞTİ müdiri bildirib ki, bu məsələyə məktəb rəhbərliyi cavabdehdir və bunu nəzarətdə saxlayaraq tənzimləyirlər.

O qeyd edib ki, hələ də vaksinasiyadan keçməyən təhsil işçiləri var və əmin müəllimlər təbii ki, tədrisə cəlb olunmur: "Əgər bir təhsil muəssisəsinin işçilərinin 80 faizindən çoxu peyvənd olunubsa, həmin məktəbdə tədris prosesinin tənzimlənməsi mümkündür. Bütün bu tələblər təmin olunduğu üçün 310 məktəbin hamısında əyani tədris bərpa olunub".

Xəbər lenti